İDEYA
Bir çox üsullardan biri olaraq biz müştərilərimizə Konstruktiv Metodlardan istifadə edərək özlərini nəinki təhlükəsiz hiss etmələrini təmin edir, eyni zamanda gəlirli və mənfəətli olmaları üçün xidmət göstəririk. Biz başa düşürük ki, mükəmməl mühəndisin dəyəri onun müştərilərin tələblərini dəyərləndirməkdə, müştərilərlə və layihələndirmə komandası ilə birgə işləyərək bütün tərəflər üçün ən yaxşı sistemin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə də, bizim mühəndislərdən və layihə rəhbərlərindən ibarət komanda tərəfindən təklif olunmuş işlərə baxış keçirilir, xərclərin azaldılması və tikinti effektivliyini artırmaq üçün yollar axtarılır və layihələrimizin hər biri qiymətləndirmə mühəndisləri tərəfindən nəzərdən keçirilir.
Müştərilərlə sıx şəkildə işləyərək biz qarşılıqlı hörmət əsasında uzunmüddətli əlaqələri inkişaf etdiririk. Onların hər biri ilkin münasibətlərdən tamamlanmış işlərin təhvil verilməsinədək olan müddət ərzində öz üzərində bizim diqqətimizi hiss edir.
LAYİHƏLƏNDİRMƏ
Təsdiqlənmiş layihənin analiz olunması və araşdırılması
Sahədə ölçü işlərinin aparılması və bir daha yoxlanması
Eksteryerin və interyerin eskiz layihəsinin hazırlanması
Eksteryerin və interyerin üslub həlli
Eksteryerin və interyerin planlaşdırma həlli
Müxtəlif rakurslardan baxmağa imkan yaradan obyekt və ətraf ərazinin 3D modeli (kompüter modeli, üçölçülü görüntü)
TƏCHİZAT
- Daxili və xarici bazarlarda yeni firmların axtarışı, inkişaf etmiş firmalarla uzunmüddətli əməkdaşlıq
- Daha keyfiyyətli məhsullara üstünlük verilməsi
3. Alınmış mal-materialların operativ şəkildə xidmət sahələrinə çatdırılması
4. Peşəkar kollektiv
İSTEHSALAT
- “Bakelektro ”ASC-nin istehsal sahəsi gözəl paytaxtımız Bakıdan 35 km aralıqda yerləşən Zirə qəsəbəsi, Dübəndidə yerləşir.
- Müasir dövrdə yüksək keyfiyyətli elektrik avadanlıqlarına olan tələbatı nəzərə alaraq, Azərbaycan Respublikasıda energetikanın inkişaf qanunlarına əsasən “Bakelektro”ASC böyük istehsal gücünə malikdir.
- Bu məqsədlə BEK və DÜİST standartlarına uyğun istehsal və sınaq sahələri yaradılmışdır, proqram təminatlı yüksək texnologiyaya malik avadanlıqlar alınmışdır. 6-35 KV-luq yüksək gərginlikli paylayıcı qurğular və 0,4 KV-luq müxtəlif paylayıcı elektrik lövhələrinin konstruksiya və texniki xarakteristikaları DÜİST, Beynəlxalq standartlar və qəbul edilmiş normalar əsasında işlənib hazırlanmışdır. Yığma kameralar, onların daxilinə quraşdırılmış elementlər və məmulatlar DÜİST 9920-96, 1516-1,2 izolyasiya standartları, DÜİST 14254-96 – iqlim standartları, İEC 60255-3, DÜİST 687, 7,5-36 KV-luq vakuum açar standartları (Tavrida BB/TEL, Samara SEŞ və 3AH açarlarının), BEK 60-056 və 60-694 Beynəlxalq standartları – VDE 0670 Alman və BS 5311 İngilis standartlarına uyğundur.
- Yığılmış kameralarda quraşdırılmış açarlar, ayırıcılar, şinaltı və tutum indikasiyalı dayaq izolyatorları 150 kV-luq sınaq qurğusunda DÜİST 1516-1,2-ə uyğun olaraq sınaq edilir. Sınaqlarda izolyasiya elementlərinin elektrik möhkəmliyi ilə yanaşı onların daxilindən və səthindən keçən sızma cərəyanlarının cəmi də ölçülür. İstehsal etdiyimiz məhsullar bütün müştərilərimiz tərəfindən bəyənilir və uğurla tətbiq edilir.
QURAŞDIRMA
Azərbaycan Respublikası üzrə, şəhər və şəhər daxili, müxtəlif tipli müəsissələrin elektrik təminatı üçün yüksək və alçaq gərginlikli hava xətlərinin, EVX (elektrik verilişi xətləri) və yarımstansiyaların tikinti-quraşdırma işləri.
Texniki Xidmət
İlin bütün fəsillərində, işıqlandırma, yüksək və alçaq gərginlik, mexanika işləri və s. işlərlə əlaqədər yarana biləcək bütün problemlərin həllini bizə müraciət edərək həll edə bilərsiniz. Biz “Bakelektro”ASC olaraq günün 7/24 sizin xidmətinizdəyik. Dostcanlı, mehriban, dürüst mühəndis və işçi komandamızla Sizə hər zaman bir addım daha yaxınıq.
Elektrik işlərində yüksək təcrübəyə malik olan “Bakelektro”ASC, Sizə həmçinin aşağıdakı xidmətlərini təklif edir:
Layihələndirmə
Enerjiyə qənaət məsləhətləri
Elektrik kabel xətlərinin çəkilişi
Qaz detektorunun quraşdırılması
Yanğın sistemləri
Havalandırma sistemləri və.s