Ekologiyanın Qorunması

“Bakelektro” ASC beynəlxalq standartların tələblərinə əsasən Təhlükəsizlik, Ekologiya və Keyfiyyət sistemlərinin daima təkmilləşdirilməsi və inkişaf etdirilməsini zəruri hesab edir və  aşağıdakı meyarlara xüsusi diqqət yetirir:

 

Təbii ehtiyatların mühafizəsi ilə bağlı ölkənin tərəfdar çıxdığı beynəlxalq razılaşma sənədləri (konvensiyalar, sazişlər, protokollar və s.), o cümlədən beynəlxalq və yerli qanunvericiliyin tələblərinə riayət etmək;

Fəaliyyət göstərdiyimiz sahələrdə ictimaiyyət və ekosistemlər üçün yarana biləcək ekoloji riskləri maksimum səviyyədə azaltmaq;

Fəaliyyətimizdə Ətraf mühitin təhlükəsizliyinin İdarəetmə sistemini tətbiq etmək;

Ətraf mühitə edilə biləcək təsirləri nəzərə alaraq fəaliyyət zamanı bütün işçiləri müvafiq və dolğun məlumatlarla təlimatlandırmaq;

Layihələndirmə, istehsal, quraşdırma və istismar prosesi zamanı ekoloji aspektlərin ətraf mühitə təsirinin davamlı monitorinqini həyata keçirmək;

Şirkətlə əlaqədə olan podratçılara, firmalara, müəssisələrə və s. partnyorlara İSO 14001 standartın (Ətraf mühitin idarəetməsi sistemi) tələblərinin əlçatan olmasını təmin etmək;

 

“Bakelektro” ASC bütün prinsiplərə əməl etməklə iş zamanı ətraf mühitin təhlükəsizliyinə zərər vura biləcək hər hansı bir təhlükələnin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etməklə bu siyasətin həyata keçirilməsinə nail olmağa çalışır.