Kadrlar Şöbəsi
“Bakelektro” Açıq Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. “Kadrlar Şöbəsi”nin vəzifələrinə kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və attestasiyası, fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təşkil edilməsi kimi funksiyalar daxildir.
“Bakelektro” ASC-yə işə qəbul yalnız Kadrlar şöbəsi tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən namizədlərin bilik və bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu işdə həlledici rolu iddiaçıların elan edilmiş vakant vəzifə üzrə bilik və bacarıqları oynayır. Kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər işçinin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır.
“Bakelektro” ASC-də açılan vakant vəzifələr Cəmiyyətin veb-səhifəsinin (www.bakelektro.az) “İnsan Resursları” bölməsi vasitəsilə iş axtaranların diqqətinə çatdırılır.
“Bakelektro” ASC-də ixtisas və peşəsinə uyğun vakansiyalar üzrə müraciət etmək istəyənlər www.bakelektro.az veb-səhifəsinin “İnsan Resursları” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalı və ya cv-lərini hr@bakelektro.az vasitəsilə müvafiq şəkildə təqdim edə bilərlər.
Kadrların seçimi zamanı onların bilik və peşəkarlıq səviyyəsi Kadrlar şöbəsinin mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra vəzifə təlimatına və peşələrin ixtisas tələblərinə cavab verən namizədlər kadr ehtiyyatına daxil edilir və ixtisasına (peşəsinə) uyğun vakant yerlərə təyin edilir.
Əgər kifayət qədər iddialısınızsa, uğurlu iş həyatı əldə etmək istəyirsinizsə və ən vacibi komandada işləmək arzusundasınızsa, bizə iş üçün müraciətlərinizi göndərə bilərsiniz.
Hal-hazırda Sizə uyğun vakant vəzifə yoxdursa, Sizin CV-niz bizim kadrlar şöbəsinin bazasına əlavə olunacaq və uyğun vakansiya olduqda Sizinlə əlaqə yaradılacaq.