Rəhbərin Müraciəti

Sizi “Bakelektro” Açıq Səhmdar Cəmiyyətinin veb-səhifəsində salamlamaqdan məmnunluq hissi duyuram. Şirkətimizin veb-səhifəsi fəaliyyətimiz, strategiyalarımız, xidmətlərimiz və dəyərlərimiz haqqında daha çox məlumat əldə etmək üçün Azərbaycandan və bütün dünyadan olan dəyərli tərəfdaş və müştərilərimiz üçün imkan yaradacağına ümid edirəm. Bu səhifə vasitəsi ilə biz öz fəaliyyətimizi və xidmətlərimizi daha da geniş  ictimaiyyətə təqdim etmək niyyətindəyik.

“Bakelektro” ASC 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası, orta və alçaq gərginlikli elektrik sistemləri, zəif axın, ehtiyyat elektrik sistemləri və avtomatika sistemlərinin layihəsi, quraşdırılması, sınaqdan keçirilməsi və servis işləri üzrə 20 ilə yaxın təcrübəyə malikdir.

Ən son həyata keçirdiyimiz çoxsaylı layihələr içərisində ölkəmizdə keçirilmiş dövlət və beynəlxalq əhəmiyyətli Birinci Avropa Oyunları 2015 çərçivəsində yarışların keçirilməsi məqsədilə inşa olunan idman obyektlərinin elektrik enerji təchizatını təmin etmək məhz  “Bakelektro” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş və şirkətimiz bu şərəfli, eyni zamanda məsuliyyətli işin öhdəsindən uğurla gələrək tərəfdaşlarımızın bizə olan etimadını bir daha doğrultmuşdur.

Şirkətimiz təsis edildiyi vaxtdan bəri əldə etdiyimiz nailiyyətlərdən ilhamlanaraq, uğurlarımızı davam etdirməyə çalışmış və həyata keçirdiyimiz hər bir layihədə ən son beynəlxalq standartlara cavab verən avadanlıq və həll üsulları tətbiq etməklə müştərilərimiz və tərəfdaşlarımızın keyfiyyət gözləntilərini aşmağa nail olmuşuq. Yerinə yetirdiyimiz işlərin həcmindən asılı olmayaraq, hər bir layihəyə xüsusi diqqət və qayğı göstərmiş və  müvəffəqiyyətli nəticə əldə etməyi hədəf kimi müəyyən etmişik.

Şirkətimizin fəaliyyət sahəsi haqqında daha təfərrüatlı məlumat əldə etmək üçün hər birinizi səhifəmizi ziyarət etməyə dəvət edirəm.

“Bakelektro” Açıq Səhmdar Cəmiyyətinin veb-səhifəsini ziyarət etdiyiniz üçün Sizə öz təşəkkürlərimi bildirirəm və Sizin rəy və təkliflərinizi dinləməkdən böyük məmnunluq duyardım.

Diqqətinizə görə minnətdaram.

EMİN RZAYEV

İDARƏ HEYƏTİNİN SƏDRİ