- “Bakelektro” ASC-nin rəhbərliyi və kollektivi energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və onların təmiri xidmətlərini ən yüksək effektiv qaydada sabit keyfiyyətlə yerinə yetirir və öz fəaliyyətini PS&T qanunvericiliyi çərçivəsində həyata keçirir.
- Şirkətimizin fəaliyyəti beynəlxalq standarlara uyğun İSO 9001:2008 ilə təsdiq olunmuş effektiv keyfiyyəti idarəetmə sistemi əsasında qurulub.
- Müştərilərin razı qalması üçün hər sifarişimizi keyfiyyətlə və effektiv yerinə yetirmək şirkətimizin ən vacib hədəflərindən biridir. Bu məqsədlə müştərilərin istək və arzularının öyrənilməsi üçün müntəzəm olaraq təhlillər aparılır.
- Biz ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək məqsədilə səriştəli və mükəmməl iş qabiliyyəti nümayiş etdirən işçi qüvvəsi yaratmağa çalışırıq.
- Biz yüksək keyfiyyət standartlarına, müştərilərin xüsusi tələblərinə və keyfiyyət siyasətimizə uyğunluğu təmin edərək, göstərdiyimiz xidmətləri daima inkişaf etdirməyə çalışırıq.
- Bakelektro ASC öz fəaliyyətində peşə sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq OHSAS 18001:2007 standartlarına uyğun işlənib hazırlanan kompleks siyasətə əsaslanır. Bu standartlara uyğunluğu şirkətimizə təqdim olunmuş idarəetmə sistemi sertifikatları təsdiqləyir.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi, onların tələblərinə ciddi riayət olunmasına nəzarətin təmin edilməsi əsas hədəflərimizdəndir.
- Şirkət rəhbərliyi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının daima müvafiq dövlət və beynəlxalq standartlara cavab verən səviyyədə saxlanılmasına xüsusi diqqət yetirir.
- Biz, real risk səviyyələrini mümkün qədər azaltmaq, ona nəzarət etmək və yol verilməz STƏM risklərinə məruz qala biləcək işçilərimizin və subpodratçı heyətin, eləcə də qonaqlar və digərlərinin qorunmasını təmin etmək məqsədi ilə, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (STƏM) İdarəetmə Sistemini yaradır, həyata keçirir və davamlı olaraq təkmilləşdiririk